Eddi Hau:
İdman
270
21:10, Bu gün

Eddi Hau: "Qarabağ"ın hücumameyilli və aqressiv oyun tərzi var"

"Qarabağ"ın hücumameyilli və aqressiv oyun tərzi var".

Moderator.az xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyunundan əvvəl mətbuat konfransında İngiltərə təmsilçisinin baş məşqçisi Eddi Hau deyib.

O bildirib ki, "Qarabağ"ı İngiltərədəki hansısa klubla müqayisə etmək çətindir:

"Hər klubun özünəməxsus oyun tərzi var. "Qarabağ" da hücumameyilli oyunu ilə fərqlənən komandalardandır. "Qarabağ"ın heyətində konkret fərqləndirdiyim hansısa oyunçuları demək istəməzdim. Bir mütəxəssis əgər baş məşqçi kimi eyni komandada 17 il çalışırsa, demək böyük hörmətə layiqdir. Qurban Qurbanov gördüyü işlərlə ön plana gəlir. Düzdür, onun barəsində dərindən maraqlanmamışam. Lakin müəyyən məlumatlara sahibəm".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofıq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyunu sabah saat 21:45-də start götürəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər