Bizi sosial şəbəkələrdən izləyin:
İtaliya millisinin əfsanəvi qapıçısı Canluici Buffon portuqaliyalı hücumçu Kriştiano Ronaldo haqqında danışıb.
Moderator.az-ın xarici mediaya istinadən məlumatına görə, Buffon deyib: "Kriştiano mənə qarşı hər oyunda qol vurub, bir oyun istisna olmaqla, meydandan qovulduğum zaman və o, bundan sonra da qol vurub”.
O, Ronaldoya qarşı hər oyundan əvvəl gecələr yata bilmədiyini də etiraf edib:
“Onun inanılmaz aqressivliyi, qəddarlığı və sürəti var idi ki, bu da rəqiblərini həmişə beş metr geridə qoyurdu. Onun kimi oyunçu heç vaxt görməmişəm. O, cərimə meydançasında əsl vəhşi idi və həmişə qol vurmaq istəyirdi".