İdman
167
21:20, Bu gün

"Qalatasaray" "Yuventus"a qarşı matça ciddi itki ilə çıxacaq

"Qalatasaray" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında öz meydanında İtaliyanın "Yuventus" klubunu qəbul edəcək.

Moderator.az xəbər verir ki, baş məşqçi Okan Buruk Mario Leminanın bu vacib dueldə komandasına kömək edə bilməyəcəyini açıqlayıb.

Qabonlu orta sahə oyunçusu zədə səbəbindən sıradan çıxıb. 32 yaşlı təcrübəli futbolçunun cavab qarşılaşmasına qədər tam hazır olacağı gözlənilir

Xatırladaq ki, "Qalatasaray" və "Yuventus" arasındakı oyun fevralın 17-də baş tutacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 21:45-də səslənəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər