“Qarabağ” - “Nyukasl” oyununu bu hakimlər idarə edəcək
İdman
277
14:13, Bu gün

“Qarabağ” - “Nyukasl” oyununu bu hakimlər idarə edəcək

“Qarabağ”ın Bakıda İngiltərənin “Nyukasl" klubu ilə keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa hakim təyinatları açıqlanıb.
 
Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç Norveçdən olan hakimlər briqadasına həvalə olunub.
 
Görüşün baş hakimi Espen Eskas olacaq.
 
FIFA referisinə Yan Erik Enqanla İsaak Elias Başevkin kömək göstərəcək. Dördüncü hakim funksiyasını Siqurd Kringstad yerinə yetirəcək.
 
VAR-da niderlandlı Rob Diyperink, AVAR-da isə onun həmyerlisi Dennis Hiqler olacaq.
 
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" oyunu fevralın 18-də keçiriləcək. Komandalar arasında cavab oyunu isə fevralın 24-də İngiltərədə baş tutacaq.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər