Bizi sosial şəbəkələrdən izləyin:
“Qarabağ”ın sabiq futbolçusu Nəriman Axundzadənin MLS (ABŞ) təmsilçisi “Kolumbus Kru” klubuna səfəri gecikib.
Moderator.az News24.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçunun ABŞ-yə yola düşməsi viza prosesində yaranmış gecikmə səbəbindən ləngiyib.
Qeyd edək ki, Ohayo ştatını təmsil edən “Kolumbus Kru” Nəriman Axundzadə ilə uzunmüddətli müqavilə imzalayıb. Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, anlaşma 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq.