Emin Mahmudov:
İdman
173
09:54, Bu gün

Emin Mahmudov: "Qarabağ"la oyunun təxirə salınması bizə problem olacaq"

"Əslində, "Qarabağ"la oyunun təxirə salınması bizə problem olacaq. Çünki bu qarşılaşmanı digər iki oyunun arasına salacaqlar. Gələn dəfə qısa müddətdə ardıcıl üç oyun oynamalı olacağıq".
 
Moderator.az xəbər verir ki, bu sözləri futbolinfo.az-a açıqlamasında "Neftçi"nin kapitanı Emin Mahmudov deyib.
 
34 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının XXI turunda "Qarabağ"la oyunun təxirə salınması ilə bağlı fikirlərini bölüşüb:
 
"İkihəftəlik fasilə yaranması yaxşı hal deyil. Çünki hər həftə oyunlara yaxşı hazırlaşırdıq. Məcburuq ki, buna dözək. Növbəti oyunları düşünməliyik. İndi "Qarabağ"la oyun barədə uzun-uzadı danışmağa dəyməz, heç onu düşünməyə vaxtımız da yoxdur. Önümüzə baxacağıq".
 
Mahmudov bir qol, bir məhsuldar ötürmə ilə yadda qaldığı "Kəpəz"lə (3:1) oyun barədə də danışıb:
 
"Çox yaxşı oldu ki, ardıcıl qələbələr qazanırıq. Komandada ruh yüksəkliyi var. Psixoloji cəhətdən müsbət haldır. Çoxdandır belə ardıcıl qələbələrimiz yox idi. Çox yaxşı kollektivimiz var, davam edirik. İşləyirik, çalışırıq ki, baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirək".
 
Emin ardıcıl qələbələrin mükafatlarla bağlı olub-olmaması barədə suala belə cavab verib:
 
"Maşallah, klubumuz hamıya yüksək maaş verir. Ona görə biz maddi tərəfi düşünmürük. "Neftçi"nin hazırkı mövqedə olması bizə böyük motivasiyadır. Bu bizə stimul verir ki, yuxarı pillələrə qalxaq. Ona görə maddi tərəfdən heç bir problem yoxdur, əsas məsələ meydanda özümüzü göstərməyimizdir".
 
Link kopyalandı!
Son xəbərlər