23:58
7°C
Bakı
Norveçli xizəkçi Yohannes Klebo qazanılan qızıl medalların sayına görə Qış Olimpiadalarının rekordçusu olub.
Moderator.az bu barədə m24.u-ya istinadən xəbər verir.
Bildirilir ki, idmançı 2026-cı il Qış Olimpiya Oyunlarında Norveç yığmasını təmsil edərək 4x7,5 kilometr məsafəyə estafet yarışında qələbə qazanıb.
İkinci yerdə Fransa komandası, üçüncü yerdə isə italyanlar qərarlaşıb.
Beləliklə, Klebo Olimpiya Oyunlarında özünün 9-cu qızıl medalını qazanıb və bu, Qış Olimpiya Oyunları üçün rekord göstərici sayılır.
(oxu.az)