15:05
13°C
Bakı
“Real Madrid”in braziliyalı futbolçusu Vinisius Junior İspaniya La Liqasında yeni rekorda imza atıb.
Moderator.az xəbər verir ki, futbolçu buna La Liqanın XXIV turu çərçivəsində doğma meydanda “Real Sosyedad” üzərində 4:1 hesablı qələbə qazandıqları matçda “dubl”a imza atmaqla nail olub.
26 yaşlı hücumçu hər iki qolunu penaltidən vurub. Bununla da onun La Liqada vurduğu qolların sayı 69-a çatıb.
Beləliklə, Vinisius İspaniya çempionatında vurulan qolların sayına görə həmyerlisi Neymarı (68 qol) geridə qoyub. Bununla yanaşı, Vinisius bu göstəriciyə Neymarla müqayisədə 116 oyun çox keçirərək nail olub: 229 matça qarşı 123 oyun.
(teleqraf)