“Fənərbağça” səfərdə “Trabzonspor”u məğlub edib
İdman
175
14 Feb 2026 | 23:22

“Fənərbağça” səfərdə “Trabzonspor”u məğlub edib

Türkiyə Superliqasında XXII turun daha 3 oyunu keçirilib.

Moderator.az xəbər verir ki, turun mərkəzi matçında "Fənərbağça" səfərdə "Trabzonspor"la qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. İstanbul klubunun qollarını Anderson Talişka, Kərəm Aktürkoğlu və Marko Asensio vurublar. Qara dəniz təmsilçisində isə Ernest Muçi və Pol Onuaçu fərqləniblər.

Bu nəticədən sonra xallarını 52-yə çatdıran "Fənərbağça" 2-ci pillədə qərarlaşıb. "Trabzonspor" isə 45 xalla 3-cüdür.

Günün digər oyunlarında "Gənclərbirliyi" "Rizəspor"la 2:2 hesablı heç-heçə edib, "Alanyaspor" isə "Konyaspor"a qalib gəlib - 2:1.

Link kopyalandı!
Son xəbərlər