18:58
14°C
Bakı
NBA-nın müntəzəm mövsümü çərçivəsində “Los Anceles Leykers” ilə “Dallas Mevriks” arasında oyun keçirilib.
Görüş “Leykers”in 124:104 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın heyətində LeBron Ceyms tripl-dabl edib — 28 xal, 10 ribaund və 12 məhsuldar ötürmə. Beləliklə, 41 yaşlı basketbolçu NBA tarixində bir oyunda tripl-dabl edən ən yaşlı oyunçu olub.
O, bu göstəricidə 40 yaşında rekord müəyyənləşdirmiş Karl Maloneu geridə qoyub.