Premyer Liqa: “Qarabağ” qələbə qazandı
İdman
557
16:26, Bu gün

Premyer Liqa: “Qarabağ” qələbə qazandı

Azərbaycan Premyer Liqasının XX turunun açılış oyununda “İmişli” və “Qarabağ” komandaları üz-üzə gəlib.

Moderator.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüş “köhlən atlar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam təmsilçisi matçın 72-ci dəqiqəsindən etibarən azlıqda qalıb. Baş hakim Cavid Cəlilov Kadi Borgesi meydandan qovub. Bundan cəmi 7 dəqiqə sonra isə Musa Qurbanlı hesabı açıb.

84-cü dəqiqədə isə “pələnglər”in üzvü Dioqo Dos Santos ikinci sarıdan qırmızı vərəqə alaraq meydanı tərk edib.

Bununla da ikinci sırada qərarlaşan “Qarabağ” xallarının sayını 45-ə çatdırıb. “İmişli” 19 xalla doqquzuncudur.

Qeyd edək ki, günün digər oyununda “Zirə” “Karvan-Yevlax”ı qəbul edəcək. Matç saat 17:00-da start götürəcək.

Link kopyalandı!
Son xəbərlər