16:41
12°C
Bakı
Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Leon Qoretska bu yay komandasını dəyişməyə hazırlaşır.
Moderator.az "Bayern Insider"ə istinadən xəbər verir ki, müqaviləsi cari mövsümün sonunda başa çatacaq 31 yaşlı almaniyalı futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək niyyətindədir.
Təcrübəli oyunçunun "Arsenal" klubuna keçməyi planlaşdırdığı bildirilib. "Topçular"ın da bir müddət əvvəl futbolçuya maraq göstərdiyi bildirilmişdi.
Qeyd edək ki, 2018-ci ilin yayından "Bavariya"da çıxış edən Qoretska cari mövsümdə Almaniya Bundesliqasında 18 matçda iştirak edib və bir qol vurub. Hazırda yarımmüdafiəçinin transfer dəyəri 15 milyon avro qiymətləndirilir.