Türkiyə Superliqasında
İdman
2187
13 Feb 2026 | 23:05

Türkiyə Superliqasında "Qalatasaray" növbəti qələbəsini qazanıb

Türkiyə Superliqasının XXII turunda "Qalatasaray" "Eyüpsor"u məğlub edib.

Moderator.az xəbər verir ki, "Rams Park"da baş tutan matç ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə bitib.

"Sarı-qırmızılar"ın qollarını Yunus Akgün (2), Mauro İkardi (33, 48, 70) və Jerom Onqyuene (87-avtoqol) vurublar. Qonaqların heyətində isə Metehan Altunbas (71) fərqlənib.

Qeyd edək ki, "Qalatasaray" 55 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədə qərarlaşan "Fənərbağça"nın 49 xalı var.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər