20:01
11°C
Bakı
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərinin ev sahibliyi edəcəyi Avropa çempionatının B Divizionunda qüvvəsini sınayacaq.
Moderator.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, iyulun 15-dən 19-dək baş tutacaq turnirdə ümumilikdə 8 yığma - Azərbaycan, Gürcüstan, Qazaxıstan, Latviya, İngiltərə, Belçika, Norveç və Malta komandaları çempionluq uğrunda yarışacaqlar.
Yarışın keçirilmə qaydaları və püşkatma mərasimi haqqında detallar növbəti günlərdə ictimaiyyətə açıqlanacaq.