İdman
598
07:55, Bu gün

"Atletiko" "Barselona"nı darmadağın etdi

İspaniya Kubokunun yarımfinal mərhələsinin "Atletiko Madrid" - "Barselona" matçı keçirilib.
 
Moderator.az xəbər verir ki, qarşılaşma Madrid təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb.
 
Madridlilər katalonların qapısından dörd cavabsız top keçiriblər - 4:0. Oyunun 86-cı dəqiqəsində Erik Qarsiya qırmızı vərəqə alaraq "Barselona"nı azlıqda qoyub.
 
Qeyd edək ki, tərəflər arasında cavab görüşü martın 3-də baş tutacaq. Bu cütün qalibi "Atletik Bilbao" - "Real Sosyedad" (ilk oyun 0:1) cütünün qalibi ilə finalda üz-üzə gələcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər