Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun keçiriləcək
İdman
235
09:46, Bu gün

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun növbəti matçı keçiriləcək.
 
Moderator.az xəbər verir ki, bu gün, saat 17:00-da UNEC kollektivi "Murov Az Terminal" komandasını qəbul edəcək.
 
Görüş UNEC-in idman zalında baş tutacaq.
 
Ötən gün "Milli Aviasiya Akademiyası" "Azərreyl"i 3:1, "DH Volley" isə "Turan"ı 3:2 hesabı ilə üstələyib.
 
Qeyd edək ki, XIII tura fevralın 17-də yekun vurulacaq.
 
Link kopyalandı!
Son xəbərlər