02:49
5°C
Bakı
"Sabah" yarımmüdafiəçi Anatoli Nuriyevlə yollarını ayırıb.
Moderator.az bu barədə kluba istinadən xəbər verir.
Bildirilib ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Anatoli Nuriyev "Zirə" futbol klubu ilə anlaşıb. Hücumçu ilə cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.
Qeyd edək ki, Nuriyev 2022-ci ildən "Sabah"ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 118 oyun keçirib, 12 qola imza atıb, Azərbaycan Premyer Liqasının gümüş və bürünc medallarını qazanıb, həmçinin Azərbaycan Kubokunun qalibi olub.