İdman
450
20:45, Bu gün

"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı

Misli Premyer Liqasının XXI turunda üz-üzə gələcək "Neftçi" və "Qarabağ" komandalarının fevralın 21-nə nəzərdə tutulan oyunu təxirə salınıb.

Peşəkar Futbol Liqasından Moderator.az-a verilən məlumata görə, "Qarabağ"ın rəsmi müraciəti, "Neftçi" klubunun razılıqla bağlı rəsmi cavabı əsasında qarşılaşma başqa tarixdə keçiriləcək.

Görüşün hansı tarixdə keçiriləcəyi ilə bağlı məlumat hələlik yoxdur.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-offunda "Nyukasl"la (İngiltərə) matça yaxşı hazırlaşmaq üçün PFL-ə müraciət etmişdi.

"Qarabağ" və "Nyukasl" komandaları arasında ilk matç fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər