Bizi sosial şəbəkələrdən izləyin:
“Kəpəz”in bıçaqlanan futbolçusu Veysəl Rzayev təxminən ay yarım – iki ay sonra yaşıl meydanalara geri dönə biləcək.
Moderator.az bildirir ki, bu barədə Teleqraf-a açıqlamasında 23 yaşlı yarımmüdafiəçi özü məlumat verib.
“Şükür, hazırda özümü yaxşı hiss edirəm. Hər şey sağalmağa doğru gedir. Hələ ki, xəstəxanadayam. Dəqiq nə zaman evə buraxılacağımı deyə bilmərəm. Hadisə ilə bağlı danışmaq istəmirəm” – deyə, Rzayev bildirib.
Qeyd edək ki, Veysəl Rzayev fevralın 3-də Gəncədə bıçaqlanıb.