00:45
4°C
Bakı
İspaniyanın "Real Madrid" və "Barselona" futbol klubları "Tottenhem"in (İngiltərə) argentinalı müdafiəçisi Kristian Romeronun transferində maraqlıdırlar.
Moderator.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, İspaniya nəhəngləri yay transfer pəncərəsində 27 yaşlı müdafiəçinin transferi üçün yarışacaqlar.
Məlumata görə, "Atletiko Madrid" klubu da Romeronun transferi üçün çalışır.
Qeyd edək ki, "Tottenhem"in 2022-ci ildə heyətinə qatdığı Romeronun müqaviləsi 2029-cu ilin yayında başa çatır.
