Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq
İdman
413
13:04, Bu gün

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Ağdam təmsilçisi "Qarabağ"ın forvardı Nəriman Axundzadənin Amerika Birləşmiş Ştatlarının MLS çempionatında mübarizə aparan "Kolumbus Kru" klubuna keçidi rəsmi şəkildə təsdiqlənib.
 
Moderator.az "Sportinfo"ya istinadən xəbər verir ki, Ohayo ştatını təmsil edən klub 22 yaşlı oyunçu ilə uzunmüddətli anlaşma əldə edib və müqavilənin müddəti 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
 
Cari mövsümdə Premyer Liqa çərçivəsində meydana çıxdığı 13 qarşılaşmada rəqib qapılarına 3 qol vuran hücumçunun yeni klubundakı gəliri də dəqiqləşib.
 
Belə ki, o, ilk mövsümdə 1 milyon dollar qazanacaq və növbəti illərdə bu məbləğ artan xətlə davam edəcək.
 
Xatırladaq ki, Nəriman Axundzadənin ölkə çempionunun heyətində aylıq məvacibi 12 min manat təşkil edirdi.
 
Link kopyalandı!
Son xəbərlər