Bizi sosial şəbəkələrdən izləyin:
"Marsel" klubu baş məşqçisi Roberto De Zerbi ilə yollarını ayırıb.
Moderator.az xəbər verir ki, bu barədə Fransa təmsilçisi rəsmi məlumat yayıb.
İtaliyalı mütəxəssis 2024/25 mövsümünün əvvəlindən "Marsel"i çalışdırırdı. Ötən mövsüm klub onun rəhbərliyi altında Fransa çempionatında ikinci yerə çıxıb.
Cari mövsümdə ümidləri doğrultmayan "Marsel" futbol klubu turnir cədvəlində dördüncü yerdədir və liderlərdən 12 xal geri qalır.
Komanda UEFA Çempionlar Liqasında (ÇL) da azarkeşlərini sevindirə bilməyib. "Marsel" ÇL-in liqa mərhələsində 25-ci yeri tutaraq, pley-off-a vəsiqə şansını itirib.