PSJ-nin əfsanəvi hücumçusu Nambatinq Toko vəfat etdi
İdman
115
10 Feb 2026 | 22:56

PSJ-nin əfsanəvi hücumçusu Nambatinq Toko vəfat etdi

Paris Sen Jermen (PSJ) klubunun əfsanəvi simalarından biri olan keçmiş futbolçu Nambatinq Toko 73 yaşında vəfat edib.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, PSJ kədərli xəbəri rəsmi sosial media hesabında açıqlayıb.

Açıqlamada Tokonun səhhətindəki problemlər səbəbindən vəfat etdiyi bildirilir.

1980-1985-ci illər arasında PSJ-də oynayan Toko klubun tarixində mühüm bir şəxsə çevrilib. O, 28 sentyabr 1982-ci "Lokomotiv Sofiya"ya qarşı oyunda PSJ-nin Avropa turnirlərindəki ilk qolunu vurub.

Toko PSJ-də cəmi 171 oyun keçirib və 43 qol vurub. O, karyerası boyunca ABŞ Albi, Bordo, Strasburq, Valensiya, PSJ və RC Paris kimi komandalarda da oynayıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər