Joze Mourinyo Portuqaliya millisinə rəhbərlik edə bilər
İdman
148
18:19, Bu gün

Joze Mourinyo Portuqaliya millisinə rəhbərlik edə bilər

Portuqaliya milli komandası Joze Mourinyonu milli komandanın baş məşqçisi vəzifəsinə dəvət etməyi düşünür.

Moderator.az ESPN-ə istinadən xəbər verir ki, təklif mütəxəssisə Roberto Martinesin müqavilə müddəti bitdikdən sonra ediləcək.

Martinesin müqaviləsi 2026-cı il iyulun 31-dəkdir. Mourinyo hazırda "Benfika" komandasına rəhbərlik edir və klubla müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Portuqaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə qazanıb. Bu, Portuqaliya millisinin Dünya Kubokunda ardıcıl yeddinci dəfə iştirak etməsi deməkdir. Qarşıdan gələn 2026-cı il turniri 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Link kopyalandı!
Son xəbərlər