İtaliya klubu türk futbolçu üçün 12 milyon avro ödəyəcək
İdman
144
18:10, Bu gün

İtaliya klubu türk futbolçu üçün 12 milyon avro ödəyəcək

İtaliyanın "Kalyari" komandası Semih Kılıçsoyun transfer hüquqlarını bütövlükdə əldə etmək niyyətindədir.

Moderator.az-ın məlumatına görə, klub rəhbərliyi gənc hücumçu üçün müəyyənləşdirilmiş 12 milyon avro dəyərindəki təzminat məbləğini ödəməyi qəbul edəcək.

Yayılan xəbərlərə əsasən, A Seriyası təmsilçisi Semih Kılıçsoy ilə uzunmüddətli anlaşma əldə etmək və 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalamaq istəyir.

Xatırladaq ki, Semih cari mövsümün startında Türkiyənin "Beşiktaş" klubundan icarə əsasında "Kalyari"yə keçmişdi.

İtaliya klubu türk futbolçu üçün 12 milyon avro ödəyəcək

Link kopyalandı!
Son xəbərlər