Qurban Qurbanov:
İdman
190
17:47, Bu gün

Qurban Qurbanov: "Bəzi futbolçulardan narazılığım var"

"Meydançanın şəraitinə baxmayaraq, bunu bacardıq".

Moderator.az xəbər verir ki, bunu Misli Premyer Liqasında keçirilən "Şamaxı" - "Qarabağ" matçından sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, oyunçularında aqressiya çatışmırdı:

"Azarkeşlərimizə təşəkkür edirəm. İki oyundur hava şəraitinə baxmayaraq, komandanın yanında olurlar. Futbolçularımı təbrik edirəm. Çox vacib üç xal idi. Oyunda xarakter və mübarizə çox vacib idi. İlk hissənin başlanğıcında "Şamaxı" bizdən daha aqressiv təsir bağışladı. Bizdə aqressiya çatışmırdı. İkinci hissədə futbolçularım oyuna nəzarəti ələ ala bildilər. Meydançanın şəraitinə baxmayaraq, topa nəzarət etməyi bacardılar. Son saniyələrdə topa nəzarət olunaraq qalibiyyət qolu vuruldu. Yaxşı oyuna görə rəqibi də təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq".

"Bu heyət son matçı buraxmışdı. Kubok oyununda bəzi oyunçuların istirahətə ehtiyacı var idi. "İmişli" ilə oyunda da dəyişikliklər mümkündür, rotasiyalar edəciyik. Bəzi futbolçulardan narazılığım var. Çünki əsl performanslarını göstərə bilmirlər. Bəzi nüanslar var ki, özlərini sübut etməlidirlər. Hələ bir neçə gün var. Rəqibin heyətindən, taktikasından asılı olaraq dəyişikliklər edə bilərik. Ola bilsin oyun zamanı fərqli seçimlər edək. İnanıram ki, sonda doğrusunu deyəcəyik", - deyə Qurban Qurbanov qeyd edib.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Link kopyalandı!
Son xəbərlər