Bizi sosial şəbəkələrdən izləyin:
"Neftçi" bu il ilk transferini reallaşdırıb.
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bakı təmsilçisi Kiprin "Etnikos" klubundan Breno Almeydanı transfer edib. 27 yaşlı braziliyalı vingerlə 2.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, sonuncu klubu "Etnikos" (Kipr) olan Almeyda Braziliya, Səudiyyə Ərəbistanı və Malta liqalarında oynayıb. O, 2024-cü ilin yayından çıxış etdiyi "Etnikos"un heyətində bu mövsüm 14 rəsmi oyunda meydana çıxıb, üç qol və beş məhsuldar ötürmə müəllifi olub.