İdman
187
20:18, Bu gün

"Fənərbağça"nın hücumçusu Rusiya klubuna keçdi

Mövsümün əvvəlində Səudiyyə Ərəbistanının "Ən-Nəsr" futbol klubundan icarə əsasında "Fənərbağça"ya keçən Con Duran klubdan ayrılıb.

Moderator.az xəbər verir ki, Rusiyanın "Zenit" klubu Con Duranı mövsümün sonuna qədər icarəyə götürdüklərini açıqlayıb.

"Con Duran artıq "Zenit"in oyunçusudur. Kolumbiyalı hücumçu 2025-26 mövsümünün sonuna qədər "Ən-Nəsr"dən icarə əsasında komandamıza qoşulub. Rusiyaya xoş gəlmisiniz, Con", - deyə klubun açıqlamasında qeyd olunub.

Qeyd edək ki, "Fənərbağça"da ümumilikdə 21 oyun keçirən və bu oyunların 12-sində start heyətində yer alan Con Duran 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Link kopyalandı!
Son xəbərlər