21:28
6°C
Bakı
"Zirə" klubu yeni futbolçu ilə anlaşıb.
Moderator.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, komanda türkiyəli hücumçu Eren Aydını heyətinə qatıb. Onunla cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.
Qeyd edək ki, "Qalatasaray" yetirməsi olan 21 yaşlı oyunçu daha əvvəl ölkəsinin "Niğde Anadolu", "Sarıyer", "Çorum", "Boluspor" və Ukraynanın "Veres" klublarında çıxış edib.