20:33
6°C
Bakı
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl Yunayted" - "Qarabağ" qarşılaşmasının azərbaycanlı azarkeşlər üçün biletləri satışa çıxarılıb.
Moderator.az xəbər verir ki, biletlərin qiyməti 115 manat təşkil edir.
Azarkeşlər vauçerləri iTicket.az-dan əldə edə bilərlər. Oyun gününə qədər isə biletlər sifariş zamanı göstərilən imeyl ünvanına iTicket.az-ın rəsmi imeyli vasitəsilə göndəriləcək.
Xatırladaq ki, fevralın 18-də UEFA Çempionlar Liqasının play-off mərhələsində "Qarabağ" Bakıda "Nyukasl Yunayted"ə qarşı ilk görüşünü keçirəcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.