Beynəlxalq Olimpiya Komitəsi yarışlarda dronlardan istifadəni qiymətləndirib
İdman
235
17:47, Bu gün

Beynəlxalq Olimpiya Komitəsi yarışlarda dronlardan istifadəni qiymətləndirib

"Dronlar Olimpiadanın televiziya yayımlarına tam inteqrasiya olunub və idmançılara mane olmur".

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) idman direktoru Pyer Dükri məlumat verib.

Dükri bildirib ki, oyunların yayımlarını hazırlayarkən hər şeyi sınaqdan keçirilir və yoxlanılır:

"İdmançılardan səs-küyün və kameraların mövcudluğunun onları narahat edib-etmədiyini soruşuruq. Hər şey ölçülür və yoxlanılır. Bunlar indi innovativ yayım metodlarıdır və hər şey idmançıları narahat etməmək üçün nəzərdə tutulub. Biz mümkün qədər innovativ texnologiyaları inteqrasiya edirik".

Qeyd edək ki, daha əvvəl izləyicilər sosial şəbəkədə xizəksürmə idmanı üzrə yarışlarda hərəkətli kameradan istifadə olunmasına etiraz ediblər - dron ukraynalı idmançının arxasınca tras boyunca hərəkət edib.

Link kopyalandı!
Son xəbərlər