17:53
7°C
Bakı
Misli Premyer Liqasının XIX turunda "İmişli" klubu "Kəpəz"lə üz-üzə gəlib.
Moderator.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Bu oyundan sonra xallarının sayını 19-a çatdıran "İmişli" 9-cu pillədə qərarlaşıb. Gəncə təmsilçisi isə 13 xalla 11-ci sıradadır.
Qeyd edək ki, günün ikinci matçında "Turan Tovuz" "Karvan-Yevlax"la üz-üzə gələcək.