Misli Premyer Liqası:
İdman
226
16:37, Bu gün

Misli Premyer Liqası: "İmişli" - "Kəpəz" oyununda qapılara qol vurulmadı

Misli Premyer Liqasının XIX turunda "İmişli" klubu "Kəpəz"lə üz-üzə gəlib.

Moderator.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Bu oyundan sonra xallarının sayını 19-a çatdıran "İmişli" 9-cu pillədə qərarlaşıb. Gəncə təmsilçisi isə 13 xalla 11-ci sıradadır.

Qeyd edək ki, günün ikinci matçında "Turan Tovuz" "Karvan-Yevlax"la üz-üzə gələcək.

Link kopyalandı!
Son xəbərlər