Çempionlar Liqasının pley-off və final mərhələlərində istifadə olunacaq top təqdim edildi
İdman
118
16:36, Bu gün

Çempionlar Liqasının pley-off və final mərhələlərində istifadə olunacaq top təqdim edildi

UEFA 2025/2026 mövsümündə Çempionlar Liqasının pley-off və final mərhələlərində istifadə olunacaq topu təqdim edib.

Moderator.az xəbər verir ki, hazırkı turnirin finalı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək. Həlledici qarşılaşma 30 may 2026-cı ildə baş tutacaq. Top "Adidas" şirkəti tərəfindən hazırlanıb.

Hazırkı UEFA Çempionlar Liqasının çempionu Fransanın PSJ komandasıdır. Keçən ilki finalda parislilər "İnter"i 5:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə kuboku qazandılar.

Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsi fevralın sonunda olacaq.

Çempionlar Liqasının pley-off və final mərhələlərində istifadə olunacaq top təqdim edildi

Link kopyalandı!
Son xəbərlər