“Nyukasl”la oyunda “Qarabağ” azarkeşləri üçün biletlərin sayı və qiyməti
İdman
117
15:48, Bu gün

“Nyukasl”la oyunda “Qarabağ” azarkeşləri üçün biletlərin sayı və qiyməti

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İngiltərədə keçiriləcək “Nyukasl” - “Qarabağ” oyununa qonaq komandanın azarkeşləri üçün biletlər satışa çıxarılıb.
 
Ağdam klubundan Moderator.az-a verilən məlumata görə, azərbaycanlı fanatlar üçün ayrılmış vauçerlərin qiyməti 115 manat təşkil edir.
 
Bildirilib ki, vauçerlər ilkin olaraq iTicket.az-dan əldə ediləcək, oyun gününə qədər isə göstərilən e-mail ünvanına göndəriləcək.
 
Matçın keçiriləcəyi “Sent Ceyms Park” stadionunda “Qarabağ” azarkeşləri üçün 2466 yer ayrılıb.
 
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-dən 25-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
 
Link kopyalandı!
Son xəbərlər