00:43
5°C
Bakı
İtaliya A Seriyasının 24-cü turunda "İnter" "Sassuolo"nun qonağı olub.
Moderator.az xəbər verir ki, matç milanlıların 0:5 hesablı qələbəsi ilə başa çatıb.
Qolları 11-ci dəqiqədə Yann Bissek, 28-ci dəqiqədə Markus Türam, 50-ci dəqiqədə Lautaro Martines, 53-cü dəqiqədə Manuel Akanci, 85-ci dəqiqədə Luis Enrike vurublar.
"İnter" hazırda 24 oyundan 58 xal toplayıb və A Seriyasının turnir cədvəlində birinci yerdə, "Sassuolo" 29 xalla 11-ci yerdədir.