19:05
6°C
Bakı
“Çelsi”nin sabiq hücumçusu Rahim Sterlinq karyerasını İtaliyada davam etdirə bilər.
Moderator.az xəbər verir ki, “Topskills Sport UK”nin məlumatına görə, “Napoli” ingilis futbolçunu transfer etməkdə maraqlıdır. Lakin transfer yalnız hücumçunun maaş tələblərini azaltması halında baş tuta bilər.
Tərəflər arasında danışıqlar davam edir və son mərhələdədir. “Napoli” oyunçuya şərtlərini açıqlayıb və indi qərar onun özündən asılıdır. Rahim Sterlinq yanvar ayında “Çelsi”dən ayrılıb. London klubu oyunçu ilə müqaviləni ləğv edib. Hücumçu bu mövsüm bir oyun belə keçirməyib, ötən mövsüm isə icarə əsasında “Arsenal”da oynayıb.