Bu komanda 26 qol vurub tarixi rekorda imza atdı
İdman
291
15:57, Bu gün

Bu komanda 26 qol vurub tarixi rekorda imza atdı

Kosta Rikanın U-17 millisi KONKAKAF (Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Assosiasiyaları Konfederasiyası) seçmə mərhələsində Britaniyanın Virgin Adaları komandasını 26-0 hesabı ilə məğlub edərək rekord qırıb.

Moderator.az xəbər verir ki, Randall Azofeifanın komandası rəqibə heç bir şans verməyib və bölgədə ən böyük fərqlə qələbə ilə tarixə imza atıb.

Kosta Rikanın növbəti oyunu fevralın 10-da Puerto-Riko millisinə qarşı keçiriləcək. Daha bir qələbə və ya heç-heçə Kosta Rikaya 2026-cı il Qətər Dünya Kubokuna vəsiqə qazandıracaq.

Link kopyalandı!
Son xəbərlər