Azərbaycan parabadmintonçuları dünya çempionatında ilk dəfə iki kateqoriya üzrə mübarizə aparacaqlar
İdman
271
15:35, Bu gün

Azərbaycan parabadmintonçuları dünya çempionatında ilk dəfə iki kateqoriya üzrə mübarizə aparacaqlar

Azərbaycan parabadmintonçuları Bəhreynin paytaxtı Manama şəhərində keçiriləcək dünya çempionatında ilk dəfə iki kateqoriya üzrə mübarizə aparacaqlar.

Moderator.az Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, kişilər arasında İbrahim Əliyev (SU-5) fərdi yarışda qüvvəsini sınayacaq.

Qadınlardan isə Zəhra Salmanlı və Nərmin İsgəndərova (hər ikisi SH-6) həm fərdi, həm də qoşa yarışlarda mübarizə aparacaqlar.

Qeyd edək ki, fevralın 8-dən 14-dək davam edəcək yarışda paralimpiyaçılarımız baş məşqçi Teymur Abbasovun rəhbərliyi altında mübarizə aparacaqlar.

Link kopyalandı!
Son xəbərlər