Hans-Diter Flik cari mövsümün sonunda
İdman
130
15:30, Bu gün

Hans-Diter Flik cari mövsümün sonunda "Barselona"nı tərk edə bilər

İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hans-Diter Flik cari mövsümün sonunda komandanı tərk edə bilər.

Moderator.az "Marca" nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssisin komandada qalıb-qalmayacağı martın 15-də keçiriləcək prezident seçkilərinin nəticəsindən asılı olacaq.

Təcrübəli baş məşqçi özünü hazırkı prezident Joan Laportanın komandasının üzvü hesab edir. Flik yalnız Laporta yenidən seçiləcəyi təqdirdə yeni müqavilə imzalamağa hazırdır. Bu səbəbdən iyulun 1-nə qədər müqavilənin müddətinin uzadılması ilə bağlı heç bir rəsmi addım atılmayacaq.

Prezidentliyə digər namizəd Viktor Font da seçiləcəyi təqdirdə Fliki komandada saxlamaq istədiyini bəyan edib.

Qeyd edək ki, Hans-Diter Flik 2024-cü ilin may ayından "Barselona"ya rəhbərlik edir. Onun rəhbərliyi altında Kataloniya təmsilçisi ilk mövsümdə İspaniya çempionluğunu, ölkə kubokunu və superkubokunu qazanıb.

Link kopyalandı!
Son xəbərlər