İdman
212
15:00, Bu gün

"Palmeyras" İngiltərə klubunun vingerini heyətinə qatıb

Braziliyanın "Palmeyras" klubu İngiltərə təmsilçisi "Vulverhempton"un vingeri Con Ariası heyətinə qatıb.

Moderator.az "ge.globo" portalına istinadən xəbər verir ki, 28 yaşlı kolumbiyalı futbolçu Braziliya klubu ilə 2029-cu ilin sonuna qədər müqavilə imzalayıb.

Transferin məbləği 25 milyon avro təşkil edir. "Palmeyras" bu məbləği dörd il ərzində hissə-hissə ödəyəcək.

Qeyd edək ki, Kolumbiya millisinin üzvü ötən ilin yayında "Fluminense"dən "Vulverhempton"a 17 milyon avroya keçmişdi. O, İngiltərə Premyer Liqasının sonuncu pilləsində qərarlaşan komandanın heyətində 26 matçda meydana çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Link kopyalandı!
Son xəbərlər