İtaliyadakı qış olimpiadasında bu gün növbəti yarışlar baş tutacaq
İdman
242
13:57, Bu gün

İtaliyadakı qış olimpiadasında bu gün növbəti yarışlar baş tutacaq

İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün bir neçə növ üzrə yarışlar keçiriləcək.

Moderator.az-ın məlumatına görə, dağ xizəyi, biatlon, körlinq, fiqurlu konkisürmə, sərbəst üslubda xizək sürmə, hokkey, buz xizəyi, xizəklə tramplindən tullanma, sürətli konkisürmə, snoubord üzrə mübarizə baş tutacaq.

Təmsilçilərimizdən Vladimir Litvintsev fevralın 10-da Milan şəhərində fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək. Anastasiya Papatoma isə ayın 15-də nəhəng slalom, 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-dAmpetsoda keçiriləcək.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Link kopyalandı!
Son xəbərlər