İdman
190
07 Feb 2026 | 23:33

"Barselona" 3 qolla qalib gəldi

İspaniya La Liqasında 23-cü turun oyunları keçirilir.

Moderator.az xəbər verir ki, lider "Barselona" bu turda "Malyorka"nı qəbul edib. Matç Kataloniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

29-cu dəqiqədə Robert Levandovski hesabı açıb. 61-ci dəqiqədə Lamin Yamal fərqi artırıb. 83-cü dəqiqədə isə Mark Bernal son nöqtəni qoyub.

Xallarını 58-ə yüksəldən "Barselona" turnir cədvəlinin lideridir. "Malyorka" isə 24 xalla 15-cidir.

Link kopyalandı!
Son xəbərlər