23:03
8°C
Bakı
İngiltərə Premyer Liqasının 25-ci turunda "Arsenal" futbol klubu "Sanderlend"i qəbul edib.
Londondakı "Emirates" stadionunda keçirilən oyun ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa atıb.
Martin Subimendi 42-ci dəqiqədə londonluları irəli çıxarıb, Viktor Qyokereş 66 və 90+3-cü dəqiqələrdə yekun hesabı müəyyənləşdirib.
Bu oyundan sonra "Arsenal" 56 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir, "Sanderlend" isə 36 xalla doqquzuncu yerdədir.