İdman
114
22:37, Bu gün

"Barselona"nın eks-prezidenti: "Məni təhqir etsəniz, mikrofonu sizə tərəf fırladacağam"

"Barselona" komandasının keçmiş prezidenti Xoan Qaspar Kataloniya təmsilçisinin hakimləri satın alması ilə bağlı suala görə jurnalistə sərt cavab verib.

Moderator.az bu barədə "Marca" nəşrinə istinadən xəbər verir.

"Əgər məni bir daha təhqir etsəniz, bu mikrofonu sizə tərəf tullayacağam. Xoan Qamper tərəfindən əsası qoyulduğu gündən bəri "Barselona" heç vaxt heç bir qanunu pozmayıb. Hakimə sənin xeyrinə qərarlar qəbul etməsi üçün rüşvət vermək isə cinayətdir. İnsanların buna inanmasını niyə istədiklərini başa düşmürəm", - deyə o vurğulayıb.

Xatırladaq ki, 2023-cü ildə "Barselona"ya və onun rəhbərliyinə İspaniya Kral Futbol Federasiyasında fəaliyyət göstərmiş Hakimlərin Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya edilən ödənişlər zamanı rüşvətxorluq ittihamı irəli sürülüb.

Məhkəmə "Barselona" tərəfindən 2001-2018-ci illər ərzində Neqreyraya bir neçə milyon avro ödənilməsini cinayət hesab edib.

Link kopyalandı!
Son xəbərlər