İspaniya Kuboku:
İdman
190
18:40, Bu gün

İspaniya Kuboku: "Barselona"nın yarımfinaldakı rəqibi bəlli oldu

Futbol üzrə İspaniya Kubokunun yarımfinal mərhələsinin püşkü atılıb.

Moderator.az xəbər verir ki, turnirin qalibi adına əsas namizəd sayılan "Barselona"nın rəqibi iddialı "Atletiko Madrid" klubu olub.

Digər cütlükdə "Atletik Bilbao" və "Real Sosyedad" finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

İlk yarımfinal oyunları 10 və 12 fevralda, cavab görüşləri isə 3-5 martda keçiriləcək.

Qeyd edək ki, turnirin son qalibi olan "Barselona" sözügedən mükafatı ən çox qazanan klubdur (32 dəfə). "Atletik Bilbao" 24, "Real Madrid" isə 20 dəfə İspaniya Kubokuna sahib çıxıb.

Link kopyalandı!
Son xəbərlər