İdman
1580
06 Feb 2026 | 18:35

"Arsenal" "Borussiya"nın futbolçusu ilə maraqlanır

İngiltərənin "Arsenal" klubu Almaniyanın "Borussiya" (Dortmund) komandasında çıxış edən Daniel Svenssonla maraqlanır.

Moderator.az "Bild" nəşrinə istinadən xəbər verir ki, "topçular" yayda 23 yaşlı müdafiəçini heyətinə qatmaq niyyətindədir.

Dortmund klubu bu keçiddən 30 milyon avro qazanmaq istəyir. "Topçular"dan əlavə, İtaliyanın "İnter", İngiltərənin "Lids" klubları da isveçli oyunçunu izləyir.

Qeyd edək ki, Daniel Svenssonun "Borussiya" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. O, cari mövsüm 20 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər