Bizi sosial şəbəkələrdən izləyin:
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XVIII turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
"Karvan-Yevlax" komandası "Sumqayıt"la oyunda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələblərini pozduğuna görə 1000 manat məbləğində cərimələnib. Eyni səbəbə görə "Kəpəz" klubu da "Şamaxı" ilə matçdakı qayda pozuntusuna görə sanksiyaya məruz qalıb.
Bundan əlavə, Gəncə təmsilçisi sözügedən görüşdə meydançaya kənar şəxs daxil olduğuna görə əlavə cəzalandırılıb. Bu hal cari mövsümdə ikinci dəfə yaşandığı üçün klub daha 5000 manat cərimə ödəməli olacaq.
"Turan Tovuz" isə "Qarabağ"la qarşılaşmada 6 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə 700 manat məbləğində cərimə olunub.