UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" komandası ilə üz-üzə gələcək "Qarabağ" klubu iştirak ərizəsində dəyişiklik edib.
Moderator.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətindən bildirilib.
Kris Kuakunun adı iştirak ərizəsindən çıxarılıb. Onu Kadi Borges əvəzləyib.
"Köhlən atlar"ın yeni transferi Jeremi Qnali isə heyətdə yer almayıb.
"Qarabağ"ın UEFA Çempionlar Liqası üçün iştirak ərizəsi:
Qapıçılar
89. Amin Ramazanov
97. Fabiyan Buntiç
99. Mateuş Koxalski
Müdafiəçilər
2. Mateus Silva
3. Sami Mmae
13. Bəhlul Mustafazadə
18. Dani Bolt
30. Abbas Hüseynov
44. Elvin Cəfərquliyev
55. Bədavi Hüseynov
81. Kevin Medina
Yarımmüdafiəçilər
8. Marko Yankoviç
9. Joni Montiel
10. Abdullah Zubir
15. Leandro Andrade
20. Kadi Borges
21. Aleksey Kaşuk
27. Toral Bayramov
32. Hikmət Cəbrayılzadə
35. Pedro Bikalyo
Hücumçular
7. Nəriman Axundzadə
11. Emmanuel Addai
17. Kamilo Duran
22. Musa Qurbanlı
"Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
Xatırladaq ki, Kadi Borgesin adı noyabrda zədələndiyi üçün iştirak ərizəsindən çıxarılmışdı.