Lamin Yamal sosial şəbəkələrdən uzaqlaşmaq üçün mütəxəssislər işə götürüb
İdman
128
05 Feb 2026 | 23:07

Lamin Yamal sosial şəbəkələrdən uzaqlaşmaq üçün mütəxəssislər işə götürüb

"Barselona" futbol klubunun vingeri Lamin Yamal sosial şəbəkələrə yanaşmasını dəyişmək üçün mütəxəssislər işə götürüb.

Moderator.az bildirir ki, bu barədə ispaniyalı jurnalist Xose Alvares "El Chiringuito TV"nin efirində məlumat verib.

"Onun ətrafında peşəkar dəyişikliklər baş verib. Yeni mütəxəssislər gəlib və ona bəzi aspektlərdə kömək ediblər. Məsələn, onlar futbolçunun sosial şəbəkələrinə yanaşmasını dəyişiblər. Lamin daha az paylaşım etməyə başlayıb, paylaşım etdikdə isə bu, yalnız futbol və "Barselona" haqqında olur. Onlar Yamala sosial şəbəkələrin nə olduğunu anlamağa kömək ediblər. O, diqqətini futbola cəmləyib və sosial şəbəkələrdən bir qədər uzaqlaşıb", - deyə Alvares vurğulayıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər